SOCAR-ın idarəsi qeyri-neft ixracından gəlirini 2,8 dəfə artırıb
- 31 mart, 2022
- 11:42
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 89,9 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsul ixrac edib.
“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın mart sayında bildirilir.
Məlumata görə, bu, 2021-ci ilin yanvar-fevral aylarının göstəriciləri ilə müqayisədə 57,7 milyon ABŞ dolları və ya 2,8 dəfə çoxdur.
Qeyd edək ki, 2022-ci ilin yanvar-fevral ayları ərzində Azərbaycanın ixracı 6 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə 461,8 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2021-ci ilin eyni dövrü ilə müqayisədə 130,6 milyon ABŞ dolları və ya 39,4 % artıb.