Bu il SOCAR Bakı-Novorossiysk kəməri ilə neft ixracını 17 dəfə artırıb

Bu il SOCAR Bakı-Novorossiysk kəməri ilə neft ixracını 17 dəfə artırıb Təkcə iyun ayında bu kəmər ilə 84,9 min ton Azərbaycan nefti nəql edilib
Energetika
2 İyul , 2021 10:48
Bu il SOCAR Bakı-Novorossiysk kəməri ilə neft ixracını 17 dəfə artırıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ilin yanvar-iyun aylarında Bakı-Novorossiysk neft boru kəməri ilə 498,55 min ton neft ixrac edib.

“Report”un “İnterfax”a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Energetika Nazirliyinin Yanacaq-Energetika Kompleksinin Mərkəzi Dispetçer Mərkəzinin məlumatında deyilir.

Bildirilir ki, SOCAR Azərbaycandan Rusiyanın “Transneft” şirkətinin sistemi üzrə bu ilin 6 ayı ərzində Novorossiysk limanına 498,55 min ton neft nəql edib. Bu, 2020-ci ilin yanvar-iyun aylarının göstəriciləri ilə müqayisədə 16,9 dəfə çoxdur.

Məlumata görə, təkcə iyun ayında bu kəmər ilə 84,9 min ton Azərbaycan nefti nəql edilib.

Qeyd edək ki, SOCAR və “Transneft” şirkəti Bakı-Novorossisysk boru kəməri ilə 2021-ci il ərzində 1 milyon tondan çox neftin nəql ediləcəyi ilə bağlı müqavilə imzalayıblar. 2020-ci ildə SOCAR bu kəmər ilə ümumilikdə 613,29 min ton neft nəql edib.

Son xəbərlər

Orphus sistemi