Bu il SOCAR 512 mln kubmetrə yaxın qaz ixrac edib

Bu il SOCAR 512 mln kubmetrə yaxın qaz ixrac edib Bu ilin birinci rüb ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 4,472 mln ton xam neft ixrac edilib
Energetika
16 Aprel , 2021 13:39
Bu il SOCAR 512 mln kubmetrə yaxın qaz ixrac edib

Bu ilin birinci rüb ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 4,472 mln ton xam neft ixrac edilib.

“Report” xəbər verir ki, bu barədə SOCAR-ın 2021-ci ilin I rübündə qazma, hasilat, emal və ixrac göstəriciləri ilə bağlı açıqladığı rəqəmlərdə deyilir.

Məlumata görə, şirkətin neft ixracı 2020-ci ilin eyni dövrünün göstəriciləri ilə müqayisədə 17 % azdır.

Bu ilin ilk rübündə şirkət tərəfindən 512 milyon kubmetrə yaxın təbii qaz ixrac edilib.

Bildirilir ki, SOCAR-ın ixrac etdiyi neft həcmi şirkətin öz imkanları ilə hasil etdiyi neftdən əlavə beynəlxalq konsorsiumlar çərçivəsində SOCAR və Azərbaycanın payına düşən nefti də əhatə edir. Ümumilikdə isə ölkədən 7 mln tona yaxın neft ixrac edilərək, tankerlərə yüklənib.

Son xəbərlər

Orphus sistemi