Bu il SOCAR 512 mln kubmetrə yaxın qaz ixrac edib
Energetika
- 16 aprel, 2021
- 09:39
Bu ilin birinci rüb ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 4,472 mln ton xam neft ixrac edilib.
“Report” xəbər verir ki, bu barədə SOCAR-ın 2021-ci ilin I rübündə qazma, hasilat, emal və ixrac göstəriciləri ilə bağlı açıqladığı rəqəmlərdə deyilir.
Məlumata görə, şirkətin neft ixracı 2020-ci ilin eyni dövrünün göstəriciləri ilə müqayisədə 17 % azdır.
Bu ilin ilk rübündə şirkət tərəfindən 512 milyon kubmetrə yaxın təbii qaz ixrac edilib.
Bildirilir ki, SOCAR-ın ixrac etdiyi neft həcmi şirkətin öz imkanları ilə hasil etdiyi neftdən əlavə beynəlxalq konsorsiumlar çərçivəsində SOCAR və Azərbaycanın payına düşən nefti də əhatə edir. Ümumilikdə isə ölkədən 7 mln tona yaxın neft ixrac edilərək, tankerlərə yüklənib.
Son xəbərlər
10:44
Fransada fermerlər yenidən etiraz aksiyası keçiriblər
Digər ölkələr10:43
Pərviz Şahbazov: "Azərbaycan-İtaliya münasibətləri strateji səviyyəyə yüksəlib"
Biznes10:35
"Yelo Bank"dan sahibkarlar üçün yeni imkan: Qızıl təminatlı mikro kredit
Maliyyə10:33
Qarabağ Dirçəliş Fondu İT sistemlərini "Hökumət buludu"na köçürüb
İKT10:32
Almaniyalı hücumçu karyerasını ABŞ-də davam etdirəcək
Futbol10:31
"REDMI Note" seriyasının dünya üzrə tədarük həcmi 460 milyon ədədi keçib
Biznes10:19
Bakıda narkokuryerlikdə şübhəli bilinən şəxs tutulub
Hadisə10:16
Hesablama Palatası: Metrodakı maliyyə nöqsanları aradan qaldırılmayıb
Maliyyə10:15