Bu il Rusiya xam neft ixcracını 10 % azaldıb

Bu il Rusiya xam neft ixcracını 10 % azaldıb Bu ölkədə neft hasilatı yanvar-sentyabr ayları ərzində 7,9 % azalıb
Energetika
30 Noyabr , 2020 14:28
Bu il Rusiya xam neft ixcracını 10 % azaldıb

2020-ci ilin 9 ayının nəticələrinə görə, Rusiya xam neftinin ixracı illik nisbətdə 10 % azalaraq 159,8 mln ton təşkil edib.

“Report”un angi.ru saytına istinadən verdiyi məlumata görə, bu barədə “Rosstat”ın hesabatında deyilir.

Bu ilin sentyabr ayında bu göstərici illik nisbətdə 20,6 % azalaraq 18,4 mln tona çatıb. Rusiyada neft hasilatı yanvar-sentyabr ayları ərzində 7,9 % azalaraq 386,5 mln ton təşkil edib.

Yanvar-sentyabr aylarında neftin ixracdakı payı 22,7 %, yanacaq-enerji məhsullarında 43,8 % olub. 2019-cu ilin yanvar-sentyabr aylarında bu göstərici müvafiq olaraq 29,4 % və 46,3 % təşkil edib.

Sentyabrda Rusiyada sutkada 9,907 mln barel neft hasil edilib. Avqustda bu rəqəm sutkalıq 9,824 mln barel, iyulda isə 9,333 mln barel olub.

Son xəbərlər

Orphus sistemi