Bu il Qazaxıstanda ÜDM-in 1% azalacağı proqnozlaşdırılır

Bu il Qazaxıstanda ÜDM-in 1% azalacağı proqnozlaşdırılır 2020-ci ildə Qazaxıstanda ümumi daxili məhsul istehsalının azalması gözlənilir.
Energetika
2 Aprel , 2020 12:25
Bu il Qazaxıstanda ÜDM-in 1% azalacağı proqnozlaşdırılır

2020-ci ildə Qazaxıstanda ümumi daxili məhsul istehsalının azalması gözlənilir.

“Report”un Qazaxıstan mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə ölkənin milli iqtisadiyyat naziri Ruslan Dalenov bildirib.

Onun sözlərinə görə, gözlənilən azalma 0,9% təşkil edəcək.

Bundan başqa, kənd təsərrüfatı sənayesi, emal sənayesi, həmçinin xidmət və tikinti sektrrunda da inkişaf tempinin azalması proqnozlaşdırılır.

Nazir qeyd edib ki, bu il ölkədə ixracın həcminin 16,3 milyard ABŞ dolları azalaraq 35,1 milyard ABŞ dolları təşkil edəcəyi gözlənilir. İdxalda isə gözlənilən azalma 7,5 milyard ABŞ dolları olacaq və 26,6 milyard ABŞ dolları təşkil edəcək.

R. Dalenov həmçinin bildirib ki, dağ-mədən emalında istehsalında azalması neft emalının azalma proqnozu ilə bağlı olacaq. Belə ki, bu il Qazaxıstanda neft hasilatı proqnozu 4 milyon ton azalacaq və 86 milyon tona çatdırılacaq.  

Son xəbərlər

Orphus sistemi