Bu il neft bazarında artım olacaq

Bu il neft bazarında artım olacaq 2021-ci ildə neft bazarında dirçəlmə və artımla əlamətdar olacaq.
Energetika
27 Yanvar , 2021 20:34
Bu il neft bazarında artım olacaq

2021-ci il neft bazarında dirçəlmə və artımla əlamətdar olacaq.

“Report” “Oil-Expert”ə istinadən xəbər verir ki, bu barədə OPEC-in Baş katibi Məhəmməd Sanusi Barkindo videokonfransda söylədiyi nitq zamanı bildirib.

Belə ki, OPEC-in proqnozuna görə, dünyada neftə gündəlik tələbat ötən il 9,8 milyon barel azaldıqdan sonra cari ildə 5,9 milyon barel artaraq 95,9 milyon barelə çatacaq. Baş katibin fikrincə, 2020-ci ildə 4,1 faiz geriləyən dünya ÜDM-inin bu il 4,4 faiz artması dünya iqtisadiyyatı üçün böyük təkandır.

OPEC rəhbəri dünya neft sənayesinin hazırda 12,6 trilyon ABŞ dolları məbləğində sərmayə yatırımlarına ehtiyacı var. Belə ki, 2020-ci ildə koronavirus pandemiyası üzündən tələbatın və qiymətlərin azalması nəticəsində sərmayə həcmi 30 faiz azalıb.

Son xəbərlər

Orphus sistemi