Bu il BTC kəməri ilə nəql edilən tranzit neftinin həcmi 22 % artıb

Energetika
  • 17 may, 2022
  • 14:09
Bu il BTC kəməri ilə nəql edilən tranzit neftinin həcmi 22 % artıb

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanın magistral neft kəmərləri ilə 11 milyon 611,1 min ton neft nəql edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, daha əvvəlki ilin yanvar-mart ayları ilə nisbətən 2,5 % azdır.

Bu ilin yanvar-aprel ayları ərzində nəqletmənin 79 %-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib.

Hesabat ayları ərzində BTC vasitəsilə 9 milyon 173,3 min ton neft ötürülüb. Bu isə 2021-ci ilin 4 ayı ilə müqayisədə 1,2 % çoxdur.

Dövr ərzində BTC kəməri ilə 1 milyon 575,1 min ton tranzit nefti də nəql edilib ki, bu da 2021-ci ilin ilk 4 ayının göstəricisi ilə müqayisədə 22,2 % çoxdur.

Xatırladaq ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.

"BTC Ko."nun səhmdarları: BP (30,1 %); AzBTC (25 %); MOL (8,9 %); Ekvinor (8,71 %); TPAO (6,53 %); Eni (5 %); Total (5 %), İTOÇU (3,4 %); İNPEKS (2,5 %), EksonMobil (2,5 %) və ONGC (BTC) Limited (2,36 %) şirkətləridir.

Son xəbərlər

Bütün Xəbər Lenti