Bu il BTC kəməri ilə nəql edilən neftin həcmi 6 % artıb

Energetika
  • 14 sentyabr, 2023
  • 07:42
Bu il BTC kəməri ilə nəql edilən neftin həcmi 6 % artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın magistral neft kəmərləri ilə 26 milyon 456,9 min ton neft nəql edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2022-ci ilin eyni dövrünə nisbətən 10 % çoxdur.

Ötən 8 ay ərzində nəqletmənin 76,2 %-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib.

Bu ilin yanvar-avqust aylarında bu kəmər vasitəsilə 20 milyon 149,8 min ton neft ötürülüb. Bu, 2022-ci ilin 8 ayı ilə müqayisədə 6,04 % artıb.

Hesabat dövründə BTC kəməri ilə nəql edilmiş neftin 83,5 %-ini və ya 16 milyon 834,5 min tonunu Azərbaycanda hasil edilən neft, 16,5 %-ini və ya 3 milyon 315,3 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.

Xatırladaq ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan və Qazaxıstan nefti nəql olunur.

BTC Ko.-nun səhmdarları: BP (30,1 %); AzBTC (25 %); MOL (8,9 %); Ekvinor (8,71 %); TPAO (6,53 %); Eni (5 %); Total (5 %), İTOÇU (3,4 %); İNPEKS (2,5 %), EksonMobil (2,5 %) və ONGC (BTC) Limited (2,36 %) şirkətləridir.

Son xəbərlər

Bütün Xəbər Lenti