Bu il Bakı-Ceyhan kəməri ilə 11 mln. ton Azərbaycan nefti nəql olunub

Bu il Bakı-Ceyhan kəməri ilə 11 mln. ton Azərbaycan nefti nəql olunub Bu ilin may ayında BTC kəməri ilə 562 min ton Türkmənistan nefti nəql olunub
Energetika
5 İyun , 2017 10:56
Bu il Bakı-Ceyhan kəməri ilə 11 mln. ton Azərbaycan nefti nəql olunub

Bakı. 5 iyun. REPORT.AZ/ Bu ilin may ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 237 140 ton Azərbaycan nefti nəql olunub.

“Report” Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, cari ilin yanvar-may aylarında bu kəmərlə 10 961 523 ton neft ötürülüb.

Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən (2006-cı il) 2017-ci il iyun ayının 1-nə qədər BTC-yə 332 499 585 ton neft vurulub.

Bundan başqa, 2017-ci ilin may ayında BTC kəməri ilə 561 762 ton Türkmənistan nefti nəql olunub.

Qeyd edək ki, BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir. 1 768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyununda istismara verilib. Hazırda BTC boru kəməri əsasən Azərbaycandan “AÇG” nefti və "Şahdəniz" kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri, o cümlədən tranzit nefti nəql olunur.

"BTC Co."-nun səhmdarları rolunda BP (30,10%), "AzBTC" (25,00%), "Chevron" (8,90%), "Statoil" (8,71%), TPAO (6,53%), "Eni" (5,00%), "Total" (5,00%), "Itochu" (3,40%), "Inpex" (2,50%), CIECO (2,50%) və "ONGC (BTC) Ltd." (2,36%) şirkətləri çıxış edir.

Son xəbərlər

Orphus sistemi