Bu il BTC ilə neft və kondensatın nəqli 12 %-dən çox artıb

Energetika
  • 03 noyabr, 2022
  • 12:36
Bu il BTC ilə neft və kondensatın nəqli 12 %-dən çox artıb

Bu ilin 9 ayı ərzində Ceyhan terminalından Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri vasitəsilə təqribən 22 milyon ton (təxminən 164 milyon barel) xam neft və kondensat ixrac olunub və Ceyhanda 224 tankerə yüklənib.

“Report” xəbər verir ki, bu barədə kəmərin operatoru “BP-Azerbaijan” şirkətinin tərəfdaşları ilə birgə III rübün yekunu üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.

Bildirilir ki, bu ilin üç rübü ərzində BTC ilə nəqlin həcmi illik müqayisədə 2,4 milyon ton və ya 12,2 % çoxdur.

Qeyd edək ki, 1 768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2022-ci ilin üçüncü rübünün sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 524 milyon tondan çox (3,93 milyard barel) xam neft nəql edilib və Ceyhanda 5 163 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 milyon bareldir. Hazırda BTC kəməri, əsasən, Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri, o cümlədən tranzit nefti nəql olunur.

Qeyd edək ki, BTC Ko.-nun səhmdarları BP (30,1 %); AzBTC (25 %); MOL (8,9 %); “Equinor” (8,71 %); TPAO (6,53 %); “Eni” (5 %); “Total” (5 %), “İtochu” (3,4 %); “İnpex” (2,5 %), “ExxonMobil” (2,5 %) və ONGC (BTC) Limited (2,36 %) şirkətləridir.

Son xəbərlər

Bütün Xəbər Lenti