Bu il BP-də çalışan işçilərin sayı 4 %-dək artıb
- 03 avqust, 2023
- 11:44
Bu ilin birinci yarısının sonunda BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 349 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.
“Report” xəbər verir ki, bu barədə blokun operatoru “BP-Azerbaijan” şirkətinin əməliyyatçılar adından bu ilin birinci yarısının nəticələri üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.
Məlumata görə, bu, 2022-ci ilin ilk 6 ayı ayının göstəriciləri iləmüqayisədə 81 nəfər və ya 3,57 % çoxdur.
2018-ci ilin ortalarından BP-nin ixtisaslı işçilərinin 90 %-ni milli kadrlar təşkil edir. İxtisası olmayan işçilər isə 100 % yerli vətəndaşlardan ibarətdir.
BP öz təlim və inkişaf proqramlarını daha da optimallaşdırmaq, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak etmək səylərini davam etdirəcək.
Xatırladaq ki, 2022-ci ilin birinci yarısının sonunda BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 268 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.