Bu il “Azəriqaz” 36 yaşayış məntəqəsinə təbii qaz verib

Bu il “Azəriqaz” 36 yaşayış məntəqəsinə təbii qaz verib Bakı. 6 avqust. REPORT.AZ/ 2018-ci ilin yanvar-iyul ayları ərzində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 1 849,5 km yeni qaz kəməri quraşdırılıb, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 135,1 km qaz kəməri əsaslı təmir olunub.
Energetika
6 Avqust , 2018 16:18
Bu il “Azəriqaz” 36 yaşayış məntəqəsinə təbii qaz verib

Bakı. 6 avqust. REPORT.AZ/ 2018-ci ilin yanvar-iyul ayları ərzində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 1 849,5 km yeni qaz kəməri quraşdırılıb, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 135,1 km qaz kəməri əsaslı təmir olunub.

“Report”un “Azəriqaz”a istinadən verdiyi xəbərə görə, cari il ərzində aparılan tikinti-quraşdırma işləri nəticəsində Ağstafa, Şəmkir, Bərdə, Şəki, Göyçay, Ucar, Xaçmaz, Beyləqan, Lerik, Sabirabad, Salyan, Cəlilabad və Masallı rayonları üzrə 36 yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qazla təmin edilib.

Son xəbərlər

Orphus sistemi