Bu il Azərbaycanın neft ixracı cüzi azalıb
- 18 dekabr, 2023
- 12:51
Bu ilin yanvar-noyabr aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 24 milyon 199 min 455,59 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 15 milyard 099 milyon 942,85 min ABŞ dolları təşkil edib.
Bu ilin yanvar-noyabr aylarında ixrac olunmuş məhsulun miqdarı 2022-ci ilin yanvar-noyabr aylarının göstəriciləri ilə müqayisədə 0,49 %, dəyəri isə 17,57 % azdır.
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın ümumi ixracında neftin payı 47,92 % olub.
Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrlə 47 milyard 326 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. 11 aylıq xarici ticarət dövriyyəsinin 31 milyard 513 milyon ABŞ dolları ixracın, 15 milyard 813 milyon ABŞ dolları isə idxalın payına düşüb.