Bu il Azərbaycanın metanol ixracından qazancı 42 % azalıb

Energetika
  • 28 aprel, 2023
  • 11:30
Bu il Azərbaycanın metanol ixracından qazancı 42 % azalıb

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycan 21,5 milyon ABŞ dolları dəyərində metanol (metil spiriti) ixrac edib

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın aprel sayında bildirilib.

Məlumata görə, bu, 2022-ci ilin yanvar-mart aylarının göstəricisi ilə müqayisədə 15,6 milyon ABŞ dolları və yaxud 42,1 % azdır.

Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycanın ümumi ixracı 7,7 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 912,2 milyon ABŞ dolları təşkil edib.

Qeyd edək ki, Metanol Bakının Qaradağ rayonundakı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Metanol Zavodunda istehsal edilir. 2013-cü ildə istismara verilmiş zavod 2016-cı ildənn SOCAR-ın törəmə müəssisəsi - “SOCAR Methanol” MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.

Son xəbərlər

Bütün Xəbər Lenti