Bu il Azərbaycanda gümüş istehsalı 21 %-dən çox artıb

Energetika
  • 17 may, 2022
  • 13:20
Bu il Azərbaycanda gümüş istehsalı 21 %-dən çox artıb
google.az

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 850 kq qızıl, 1 977,2 kq gümüş istehsal edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, qızıl istehsalı daha əvvəlki ilin yanvar-aprel aylarının göstəricisindən 24,6 % az, gümüş istehsalı 21,4 % çox olub.

Bu ilin mayın 1-nə 218,4 kq qızıl, 474,1 kq gümüş ehtiyatı yaranıb.