Bu il Azərbaycanda əmtəəlik qaz hasilatı 7 %-ə yaxın artıb
Energetika
- 18 noyabr, 2024
- 12:03
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 41 milyard 625,4 milyon kubmetr təbii qaz hasil edilib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bunun 31 milyard 727 milyon kubmetri əmtəəlik təbii qazın payına düşüb.
Hesabat dövründə təbii qaz hasilatı illik müqayisədə 4,7 %, əmtəəlik qaz hasilatı isə 6,8 % artıb.
Ötən 10 ay ərzində Azərbaycanda 24 milyon 147,8 min ton qaz kondensatı daxil olmaqla xam neft hasil edilib. Bunun 24 milyon 092,8 min tonu əmtəəlik xam neftin payına düşüb.
Hesabat dövründə neft hasilatı 2023-cü ilin ilk 10 ayı ilə müqayisədə 3,7 %, əmtəəlik neftin həcmləri isə 3,5 % azdır.
Son xəbərlər
12:39
Sabahın hava proqnozu açıqlanıb
Digər12:32
Vaqif Cavadov Azərbaycanın U-20 millisinə köməkçi məşqçi təyin olunub
Futbol12:29
Azərbaycanda investisiya təşviqi sənədinin verilməsi müddəti daha 3 il uzadılıb
İqtisadiyyat12:28
Elektron siqaretə qadağa qüvvəyə minir: Cərimələr hansı məhsullara aiddir?
Daxili siyasət12:27
Palina Kaspiaroviç: "Dünya Kubokunda güclü rəqiblərlə mübarizədə medal qazanmaq böyük mükafatdır"
Fərdi12:27
Ötən ay Azərbaycandan çıxışı qadağan edilən 582 nəfərin ölkəni tərk etməsinin qarşısı alınıb
Daxili siyasət12:25
Azərbaycandakı sığorta şirkətlərinin sığorta ödənişlərinin məbləğinə görə renkinqi (Yanvar-fevral, 2026)
Maliyyə12:25
Azərbaycandakı sığorta şirkətlərinin sığorta haqlarının məbləğinə görə renkinqi (Yanvar-fevral, 2026)
Maliyyə12:25