Bu ilin yanvar-avqust aylarında Azərbaycanda elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyard 109,7 milyon kVt/st artaraq 18 milyard 612,4 milyon kVt/st olub.
“Report” Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu barədə nazirliyin yanvar-avqust ayları üzrə Azərbaycanda elektrik enerjisinə dair operativ məlumatlarında bildirilir.
Məlumata görə, hesabat dövründə ötən ilin 8 ayına nisbətən elektrik enerjisinin istehsalı İstilik Elektrik Stansiyalarında (İES) 994,2 milyon kVt/st artaraq 17 milyard 409,7 milyon kVt/st, Su Elektrik Stansiyalarında (SES) 120,3 milyon kVt/st artaraq 966,9 milyon kVt/st, digər mənbələr (Kiçik Su Elektrik Stansiyaları (KES), Günəş Elektrik Stansiyaları (GES) və Bərk Məişət Tullantılarının Yandırılması Zavodu (BMTYZ)) üzrə isə 4,8 milyon kVt/st azalaraq 235,8 milyon kVt/st olub.
Külək elektrik stansiyalarında 58,6 milyon kVt/st, günəş elektrik stansiyalarında 38 milyon kVt/st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda 139,2 milyon kVt/st elektrik enerjisi istehsal edilib.
Yanvar-avqust aylarında elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 16 milyard 737,1 milyon kVt/st (İES-lərdə 15 milyard 892,7 milyon kVt/st, SES-lərdə 844,4 milyon kVt/st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 312,3 milyon kV/st (İES-lərdə 165,7 milyon kVt/st, SES-lərdə 111,6 milyon kVt/st, GES-də 35 milyon kVt/st, “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 43,1 milyon kVt/st, müstəqil elektrik stansiyaları üzrə 1 milyard 519,9 milyon kVt/st təşkil edib.