Bu il Azərbaycanda elektrik enerjisi istehsalının 90,3 %-ni "Azərenerji" təmin edib

Bu il Azərbaycanda elektrik enerjisi istehsalının 90,3 %-ni "Azərenerji" təmin edib Bu ilin yanvar-aprel aylarında “Azərenerji” ASC 8 milyard 892,8 milyon kVt/saat elektrik enerjisi istehsal edib.
Energetika
15 May , 2023 13:34
Bu il Azərbaycanda elektrik enerjisi istehsalının 90,3 %-ni Azərenerji təmin edib

Bu ilin yanvar-aprel aylarında “Azərenerji” ASC 8 milyard 892,8 milyon kVt/saat elektrik enerjisi istehsal edib.

“Report”un Energetika Nazirliyinə istinadən verdiyi xəbərə görə, bu ümumi istehsalın 90,3 %-i deməkdir.

Məlumata görə, “Azərenerji”nin istehsal etdiyi elektrik enerjisinin 8 milyard 459,7 milyon kVt/saatı İstilik Elektrik Stansiyalarının (İES), 433,1 milyon kVt/saatı Su Elektrik Stansiyalarının (SES) payına düşür.

Qeyd edilən dövr ərzində istehsal edilən elektrik enerjisinin 1,3 %-i yaxud 128,95 milyon kVt/saatı Naxçıvan MR Dövlət Energetika Xidmətinin payına düşür ki, İES-lərdə 85,91 milyon kVt/saat, SES-lərdə 25,69 milyon kVt/saat, günəş ES-də 17,35 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.

Bu ilin ilk 4 ayı ərzində “Azərişıq” ASC-nin külək elektrik stansiyalarında 16,4 milyon kVt/saat, müstəqil elektrik stansiyaları üzrə 813,95 milyon kVt/saat təşkil edib ki, bu da ümumi istehsalın müvafiq olaraq ki, 0,2 % və 8,27 %-i deməkdir.

Hesabat dövründə ölkə üzrə elektrik enerjisinin istehsalı 2022-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 600,3 milyon kVt/saat, yəni 6,5 % artaraq 9 milyard 852,1 milyon kVt/saat olub.

Son xəbərlər

Orphus sistemi