Bu il Azərbaycanda dizel istehsalı 10 % artıb

Bu il Azərbaycanda dizel istehsalı 10 % artıb Bu ilin ilk yarım ilində Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 977 mln manat təşkil edib
Energetika
15 İyul , 2021 10:39
Bu il Azərbaycanda dizel istehsalı 10 % artıb

Bu ilin ilk yarım ilində Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 milyard 977 milyon manat təşkil edib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu göstərici əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə 5,5 % çoxdur.

Hesabat dövründə 579,1 min ton həcmində avtomobil benzini, 1 milyon 230,8 min ton dizel yanacağı, 24,6 min ton sürtkü yağları, 150,1 min ton neft bitumu istehsal edilib.

Belə ki, bu ilin 6 ayı ərzində Azərbaycanda avtomobil benzinin istehsalı 5,3 % azalıb, neft bitumunun istehsalı 10,4 %, dizel yanacağının istehsalı isə 10 %, sürtkü yağlarının istehsalı 79,6 % artıb.

Həmçinin, bu ilin ilk yarım ilində ölkədə 211,8 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 241,4 min ton ağ neft, 24,4 min ton yanacaq mazutu, 131,8 min ton neft koksu istehsal edilib.

Neft-kimya sənayesində istifadə üçün benzin istehsalı 53 %, neft koksunun istehsalı 18,3 % artıb, ağ neftin istehsalı 4 %, yanacaq mazutunun istehsalı 37,8 azalıb.

Son xəbərlər

Orphus sistemi