Bu il Azərbaycanda benzin və dizel istehsalı azalıb

Energetika
  • 17 may, 2022
  • 13:43
Bu il Azərbaycanda benzin və dizel istehsalı azalıb

Bu ilin yanvar-aprel ayı ərzində Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 milyard 160,9 milyon manat təşkil edib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu göstərici 2021-ci ilin yanvar-aprel aylarının göstəriciləri ilə müqayisədə 7,2 % azdır.

Hesabat dövründə 359,8 min ton həcmində avtomobil benzini, 595,9 min ton dizel yanacağı, 14,1 min ton sürtkü yağları, 97,6 min ton neft bitumu istehsal edilib.

Belə ki, 4 ay ərzində Azərbaycanda avtomobil benzinin istehsalı 1,6 %, dizel yanacağının istehsalı 23,3 %, sürtkü yağlarının istehsalı 25,8 %, neft bitumunun istehsalı isə 44,4 % artıb.

Həmçinin, bu ilin yanvar-aprel ayları ərzində ölkədə 101 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 167,3 min ton ağ neft, 36,6 min ton yanacaq mazutu, 57,8 min ton neft koksu istehsal edilib.

Son bir ildə Azərbaycanda neft-kimya sənayesində istifadə üçün benzin istehsalı son bir ildə 26,4 %, neft koksunun istehsalı 33,9 % azalıb, yanacaq mazutunun istehsalı 71,8 %, ağ neftin istehsalı 12,5 % artıb.

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adınna Neft Emalı Zavodu regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.

Bu ilin ortalarından etibarən, əvvəlcə “Avro-5” standartlarına uyğun dizel yanacağının istehsalı nəzərdə tutulub. Digər yeni qurğuların mütəmadi olaraq istismara verilməsi ilə isə NEZ-də istehsal olunan benzinin keyfiyyətinin daha da artırılması və 2023-cü ilin ortalarından etibarən benzinin keyfiyyətinin də “Avro-5” standartlarına çatdırılması qarşıya əsas məqsəd kimi qoyulub.

Neft emalı zavodunun modernizasiya və yenidənqurma layihəsinin 2026-2027-ci illərdə yekunlaşdırılması nəzərdə tutulur.

44 - Tezliklə