Bu il Azərbaycanda 6,3 min km-dən çox elektrik xətlərində bərpa işləri aparılıb

Bu il Azərbaycanda 6,3 min km-dən çox elektrik xətlərində bərpa işləri aparılıb Bu ilin yanvar-iyun aylarında "Azərişıq" ASC tərəfindən 46,4 km 110 kV-luq, 299,5 km 35 kV-luq, 960 km 10 və 6 kV-luq, 5 000 km-dən artıq 0,4 kV-luq elektrik verilişi xətlərində təmir, bərpa və sınaq işləri aparılıb.
Energetika
25 İyul , 2023 14:47
Bu il Azərbaycanda 6,3 min km-dən çox elektrik xətlərində bərpa işləri aparılıb
Vüsal Qənbərov

Bu ilin yanvar-iyun aylarında "Azərişıq" ASC tərəfindən 46,4 km 110 kV-luq, 299,5 km 35 kV-luq, 960 km 106 kV-luq, 5 000 km-dən artıq 0,4 kV-luq elektrik verilişi xətlərində təmir, bərpa və sınaq işləri aparılıb.

"Report" xəbər verir ki, bu barədə "Azərişıq" ASC-nin Texniki Departament direktoru Vüsal Qənbərov Bakı şəhərində və regionlarda qurumun bu ilin 6 ayı üzrə görülmüş işlərə dair Hadrutda media nümayəndələri ilə keçirilən görüşdə bildirib.

Onun sözlərinə görə, bu müddət ərzində qurum tərəfindən 552 ədəd 106 kV-luq, 26 ədəd 35 kV-luq, 12 ədəd 110 kV-luq güc transformatorlarında təmir, bərpa və sınaq işləri aparılıb.

V. Qənbərov qeyd edib ki, təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi üçün 90 ədəd komplekt transformator məntəqəsində çəpərlənmə işləri yerinə yetirilib: "Tədbirlər planına salınmış 40 kəndin elektrik şəbəkəsinin yenilənməsi işləri üzrə 18 kənddə işlər yekunlaşıb, digərlərində isə işlər davam etdirilir".

Son xəbərlər

Orphus sistemi