Bu il Azərbaycanda 4,3 mln ton neft emal edilib

Bu il Azərbaycanda 4,3 mln ton neft emal edilib Ölkədə neft emalı SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda həyata keçirilir
Energetika
292
17 Oktyabr , 2020 16:47
Bu il Azərbaycanda 4,3 mln ton neft emal edilib

Azərbaycanda neftin emala təhvili 2020-ci ilin 9 ayında 4 mln 347 min ton təşkil edib.

Bu barədə “Report” Energetika Nazirliyinin bu ilin 9 ayında ölkədə neft-qaz hasilatı ilə bağlı hazırladığı operativ məlumatlarına istinadən xəbər verir.

Məlumata görə, neft emalı ötən ilin müvafiq dövrünə nisbətən 385,9 min ton az olub.

Qeyd edək ki, Azərbaycanda neft emalı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodunda həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi