Bu il Azərbaycanda 35,3 mln. ton neft hasil edilib

Bu il Azərbaycanda 35,3 mln. ton neft hasil edilib Bakı. 14 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda 35 413,1 min ton həcmində qaz kondensatı daxil olmaqla xam neft hasil edilib.
Energetika
14 Dekabr , 2017 15:35
Bu il Azərbaycanda 35,3 mln. ton neft hasil edilib

Bakı. 14 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda 35 413,1 min ton həcmində qaz kondensatı daxil olmaqla xam neft hasil edilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu həcmin 35 343,8 min tonu əmtəəlik xam neft olub.

Hesabat dövründə ölkədə xam neft hasilatı ötən ilin müvafiq dövründən 6,2% az olub.

Bu ilin 11 ayında 26 051,2 mln. kubmetr həcmində isə təbii qaz hasil edilib ki, bu həcmin 16 606,1 mln. kubmetri əmtəəlik təbii qaz olub. Hesabat dövründə təbii qaz hasilatı 3%, əmtəəlik təbii qazın həcmi isə 2,2% az olub.

Son xəbərlər

Orphus sistemi