Bu il Azərbaycanda 251 çoxmərtəbəli binaya qaz verilib

Bu il Azərbaycanda 251 çoxmərtəbəli binaya qaz verilib Qeyd edək ki, həmin binalarda ümumilikdə 8 205 ailə yaşayır
Energetika
2 Sentyabr , 2016 15:53
Bu il Azərbaycanda 251 çoxmərtəbəli binaya qaz verilib

Bakı. 2 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi 2016-cı ilin yanvar-avqust aylarında hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 251 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib. Bu barədə “Report”a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, həmin binalarda ümumilikdə 8 205 ailə yaşayır.

“Azəriqaz” İB elan edib ki, təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim edib, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə “mavi yanacaq”la təmin olunmasında maraqlıdır.

Son xəbərlər

Orphus sistemi