Bu il Azərbaycanda 20,1 milyon ton neft hasil edilib

Bu il Azərbaycanda 20,1 milyon ton neft hasil edilib Neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən, 522,2 min ton az olub
Energetika
24 Avqust , 2021 10:16
Bu il Azərbaycanda 20,1 milyon ton neft hasil edilib

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda təxminən 20,1 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən, 522,2 min ton az olub.

Bu barədə "Report" Energetika Nazirliyinin bu ilin yanvar-iyul ayları üzrə ölkədə neft-qaz hasilatı ilə bağlı hazırladığı operativ məlumatlarına əsasən xəbər verir..

Bİldirlir ki, respublika üzrə neft hasilatının 13,3 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,2 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə neft (kondensatla birlikdə) hasilatı 4,6 milyon ton təşkil edib.

Son xəbərlər

Orphus sistemi