Bu il Azərbaycanda 1 mln ton neft emal edilib

Bu il Azərbaycanda 1 mln ton neft emal edilib Neft emalı ötən ilin müvafiq dövrünə nisbətən 61,5 min ton az olub
Energetika
20 Mart , 2021 11:23
Bu il Azərbaycanda 1 mln ton neft emal edilib

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda neft emalı 1 milyon ton təşkil edib.

Bu barədə “Report” Energetika Nazirliyinin bu ilin iki ayında ölkədə neft-qaz hasilatı ilə bağlı hazırladığı operativ məlumatlara əsasən xəbər verir.

Məlumata görə, neft emalı ötən ilin müvafiq dövrünə nisbətən 61,5 min ton az olub.

Xatırladaq ki, SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodu regionun yeganə neftayırma kompleksidir və Azərbaycanın yanacağa olan tələbatının əsas hissəsini təmin edir. Zavodda 15 adda neft məhsulu, o cümlədən avtomobil benzini, təyyarə yanacağı, dizel yanacağı, mazut, neft koksu və s. istehsal olunur.

1953-cü ildə əsası qoyulan SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda hazırda modernizasiya və yenidənqurma layihəsinin 2-ci və 3-cü mərhələləri həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi