Bu il Azərbaycanda 17 mlrd kubmetr qaz hasil edilib

Bu il Azərbaycanda 17 mlrd kubmetr qaz hasil edilib SOCAR üzrə bu dövrdə 3,2 mlrd kubmetr qaz hasil olunub
Energetika
25 iyun 2021 09:24
Bu il Azərbaycanda 17 mlrd kubmetr qaz hasil edilib

Bu ilin yanvar-may ayında Azərbaycanda 17 milyard kubmetr qaz hasil edilib.

Bu barədə “Report” Energetika Nazirliyinin bu ilin yanvar-may ayları üzrə ölkədə neft-qaz hasilatı ilə bağlı hazırladığı operativ məlumatlarına əsasən xəbər verir.

Məlumata görə, qazın 5,4 milyard kubmetri “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan, 8,4 milyard kubmetri isə “Şahdəniz”dən əldə edilib.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə bu dövrdə 3,2 milyard kubmetr qaz hasil olunub.

Ötən ilin müvafiq dövrünə nisbətən 3,4 %, yəni 551,5 milyon kubmetr artımla qaz hasil edilib.

Son xəbərlər

Orphus sistemi