​Bu il Azərbaycanda 140 yaşayış məntəqəsi qazlaşdırılıb

​Bu il Azərbaycanda 140 yaşayış məntəqəsi qazlaşdırılıb Avqustun 1-nə ölkədə təbii qazla təmin olunan abonentlərin ümumi sayı 1,772 mln.-u ötüb
Energetika
11 Avqust , 2015 12:55
​Bu il Azərbaycanda 140 yaşayış məntəqəsi qazlaşdırılıb

Bakı. 11 avqust . REPORT.AZ/ Cari ilin yanvar-iyul ayları ərzində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 6 558 km uzunluğunda yeni qaz kəmərləri quraşdırılıb, şəbəkənin təhlükəsiz və normal rejimdə istismarı üçün isə 369 km-lik qaz kəmərləri əsaslı təmir olunub. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

Aparılan tikinti-quraşdırma işləri nəticəsində bu ilin yanvar-iyul ayları ərzində respublikanın 140 yaşayış məntəqəsi qazlaşdırılıb. Bununla da, 1 avqust 2015-ci il tarixinə olan məlumata əsasən, təbii qazla təmin olunan abonentlərin sayı 1 772 347-yə çatdırılıb ki, bunun da 1 749 219-u əhali və 23 128-i isə qeyri-əhali sektoruna aid olub.

Xatırladaq ki, bu tədbirlər Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2014-2018-ci illər) və Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı (2014-2016-cı illər) çərçivəsində həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi