Bu il Azərbaycanda 1,4 mln ton neft emal edilib

Bu il Azərbaycanda 1,4 mln ton neft emal edilib Neft emalı ötən ilin müvafiq dövrünə nisbətən 93 min ton az olub
Energetika
21 Aprel , 2021 10:59
Bu il Azərbaycanda 1,4 mln ton neft emal edilib

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda neft emalı 1,4 milyon ton təşkil edib.

Bu barədə “Report” Energetika Nazirliyinin bu ilin üç ayında ölkədə neft-qaz hasilatı ilə bağlı hazırladığı operativ məlumatlara əsasən xəbər verir.

Məlumata görə, neft emalı ötən ilin müvafiq dövrünə nisbətən 93 min ton az olub.

Xatırladaq ki, SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodu regionun yeganə neftayırma kompleksidir və Azərbaycanın yanacağa olan tələbatının əsas hissəsini təmin edir. Zavodda 15 adda neft məhsulu, o cümlədən avtomobil benzini, təyyarə yanacağı, dizel yanacağı, mazut, neft koksu və s. istehsal olunur.

1953-cü ildə əsası qoyulan SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda hazırda modernizasiya və yenidənqurma layihəsinin 2-ci və 3-cü mərhələləri həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi