Bu il Azərbaycan xaricə 21 milyon dollarlıq neft koksu satıb

Energetika
  • 30 noyabr, 2021
  • 13:31
Bu il Azərbaycan xaricə 21 milyon dollarlıq neft koksu satıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 242,3 min ton neft koksu ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmdə neft koksunun dəyəri 20,726 milyon ABŞ dolları təşkil edib.

Hesabat dövründə neft koksunun ölkənin ümumi ixracdakı payı 0,12 % olub.

Xatırladaq ki, neft koksu SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda istehsal olunur. NEZ regionun yeganə neftayırma kompleksidir və Azərbaycanın yanacağa olan tələbatının əsas hissəsini təmin edir. Zavodda 15 adda neft məhsulu, o cümlədən avtomobil benzini, təyyarə yanacağı, dizel yanacağı, mazut, neft koksu və s. istehsal olunur.

1953-cü ildə əsası qoyulan SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda hazırda modernizasiya və yenidənqurma layihəsinin 2-ci və 3-cü mərhələləri həyata keçirilir.