Bu il Azərbaycan Ukraynaya 99 mln. dollarlıq neft ixrac edib

Bu il Azərbaycan Ukraynaya 99 mln. dollarlıq neft ixrac edib Bu ilin yanvar-aprel ayları ərzində Ukrayna Azərbaycandan 98,993 mln. dollarlıq xam neft idxal edib.
Energetika
7 May , 2019 17:42
Bu il Azərbaycan Ukraynaya 99 mln. dollarlıq neft ixrac edib

Bu ilin yanvar-aprel ayları ərzində Ukrayna Azərbaycandan 98,993 mln. dollarlıq xam neft idxal edib.

“Report” Ukraynanın Dövlət Fiskal Xidmətinə istinadən xəbər verir ki, Azərbaycandan neft idxalı bu ilin ilk 4 ayında Ukraynanın ümumi xam neft idxalının 97,6%-ni təşkil edib.

Belə ki, bu ilin yanvar-aprel ayları ərzində Ukrayna 101,429 mln. dollarlıq xam neft idxal edib. Bu isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 35,1% azdır.

Hesabat dövründə Ukrayna Latviyadan 2,321 mln. dollar (2,29%), Macarıstandan 0,082 mln. dollar (0,08%), digər ölkələrdən isə 0,033 mln. dollar həcmində xam neft idxal edib.

Son xəbərlər

Orphus sistemi