Bu il Azərbaycan təbii qaz ixracını 3 dəfədən çox artırıb

Bu il Azərbaycan təbii qaz ixracını 3 dəfədən çox artırıb ​​​​​​​Bu ilin yanvar-fevral aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 3 milyard 953 milyon 658,45 min kubmetr həcmində təbii qaz ixrac edib
Energetika
18 Mart , 2024 15:30
Bu il Azərbaycan təbii qaz ixracını 3 dəfədən çox artırıb

Bu ilin yanvar-fevral aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 3 milyard 953 milyon 658,45 min kubmetr həcmində təbii qaz ixrac edib.

Bu barədə “Report” Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir.

Məlumata görə, ötən iki ay ərzində Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 1 milyard 459 milyon 774,04 min ABŞ dolları təşkil edib.

Hesabat dövrü ərzində ixrac edilən təbii qazın həcmi 2023-cü ilin yanvar-fevral ayları ilə müqayisədə 3,3 dəfə, dəyəri isə 2,9 % çoxdur.

Bu ilin ilk iki ayında Azərbaycanın ümumi ixracında təbii qazın payı 30,54 % olub.

Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə 7 milyard 227 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 4 milyard 780 milyon ABŞ dolları ixracın, 2 milyard 447 milyon ABŞ dolları isə idxalın payına düşüb.

Son xəbərlər

Orphus sistemi