Bu il Azərbaycan qaz ixracını 35 % artırıb

Bu il Azərbaycan qaz ixracını 35 % artırıb Türkiyəyə təqribən 5,2 milyard kubmetr, Avropaya 4 milyard kubmetr, Gürcüstana isə 1,1 milyard kubmetr qaz ixrac edilib
Energetika
24 Avqust , 2021 10:29
Bu il Azərbaycan qaz ixracını 35 % artırıb

Bu ilin yanvar-iyul ayında Azərbaycanın xaricə qaz satışı təxminən 10,4 milyard kubmetr təşkil edib.

Bu barədə “Report” Energetika Nazirliyinin bu ilin yanvar-iyul ayları üzrə ölkədə neft-qaz hasilatı ilə bağlı hazırladığı operativ məlumatlarına əsasən xəbər verir.

Məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 35 % çoxdur.

Bu ilin yanvar-iyul ayında Türkiyəyə təqribən 5,2 milyard kubmetr, Avropaya 4 milyard kubmetr, Gürcüstana isə 1,1 milyard kubmetr qaz ixrac edilib.

Bu dövrdə Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri sisteminə 58,4 milyon kubmetr qaz verilib.

Son xəbərlər

Orphus sistemi