Bu il Azərbaycan polipropilen ixracını 25 % azaldıb

Energetika
  • 17 avqust, 2022
  • 07:22
Bu il Azərbaycan polipropilen ixracını 25 % azaldıb

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 37 min 882 min ton ilkin formalarda polipropilen ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə polipropilenin dəyəri 56 milyon 946 min ABŞ dolları təşkil edib.

Bu, 2021-ci ilin yanvar-iyul ayları ilə müqayisədə müvafiq olaraq 25 % və 14,9 % azdır.

Bu ilin yanvar-iyul ayları ərzində polipropilenin qeyri-neft sektoru üzrə ixracda payı 3,39 % olub. Hesabat dövründə ilkin formalarda polipropilenin ölkənin ümumi ixracındakı payı 0,25 % olub.

Bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrlə 30 milyard 59 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ötən 7 ayda xarici ticarət dövriyyəsinin 22 milyard 565 milyon ABŞ dolları ixracın, 7 milyard 494 milyon ABŞ dolları isə idxalın payına düşüb.

Xatırladaq ki, polipropilen "SOCAR Polymer"in illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodunda istehsal edilir. Polipropilen Zavodunun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin il oktyabrın 5-də polipropilenin ixracına başlanılıb.