Bu ilin fevral ayında Azərbaycan 9,7 mln ABŞ dolları dəyərində ilkin formalı polipropilen ixrac edib.
“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın mart sayında bildirilir.
Məlumata görə, bu, 2020-ci ilin fevral ayı ilə müqayisədə 1,8 mln ABŞ dolları və yaxud 22,8 % çoxdur.
Bu ilin yanvar-fevral aylarında Azərbaycan 19,8 mln ABŞ dolları dəyərində ilkin formalı polipropilen ixrac edib ki, bu da ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 5,3 mln ABŞ dolları və yaxud 36,6 % çoxdur.
Qeyd edək ki, polipropilen "SOCAR Polymer"in illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodunda istehsal edilir. Zavodun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin il oktyabrın 5-də polipropilenin ixracına başlanılıb.