Azərbaycan bu il polipropilen ixracından gəlirini 64 % artırıb

Energetika
  • 29 oktyabr, 2021
  • 11:30
Azərbaycan bu il polipropilen ixracından gəlirini 64 % artırıb

Bu ilin sentyabr ayında Azərbaycan 11 milyon ABŞ dolları dəyərində ilkin formalı polipropilen ixrac edib.

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın oktyabr sayında bildirilir.

Sənədə əsasən, bu, ötən ilin sentyabr ayı ilə müqayisədə 9,7 milyon ABŞ dolalrı və ya 8,5 dəfə çoxdur.

2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan 86,9 milyon ABŞ dolları dəyərində ilkin formalı polipropilen ixrac edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 33,8 milyon ABŞ dolları və ya 63,6 % çoxdur.

Polipropilen "SOCAR Polymer" MMC-nin illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodunda istehsal edilir. Zavodun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin il oktyabrın 5-də polipropilenin ixracına başlanılıb.

Son xəbərlər

Bütün Xəbər Lenti