Bu ilin avqust ayında Azərbaycan 9 milyon ABŞ dolları dəyərində ilkin formalı polipropilen ixrac edib.
“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın sentyabr sayında bildirilir.
Sənədə əsasən, bu, ötən ilin avqust ayı ilə müqayisədə 3,9 milyon ABŞ dolalrı və ya 76,5 % çoxdur.
2021-ci ilin yanvar-avqust aylarında Azərbaycan 75,9 milyon ABŞ dolları dəyərində ilkin formalı polipropilen ixrac edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 24,1 milyon ABŞ dolları və ya 46,5 % çoxdur.
Polipropilen "SOCAR Polymer" MMC-nin illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodunda istehsal edilir. Zavodun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin il oktyabrın 5-də polipropilenin ixracına başlanılıb.