Bu il Azərbaycan polietilen ixracını 18 % artırıb

Energetika
  • 20 iyun, 2022
  • 06:40
Bu il Azərbaycan polietilen ixracını 18 % artırıb

Bu ilin yanvar-may ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 43 min 822,5 ton ilkin formalarda polietilen ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə polietilenin dəyəri 62 milyon 259,15 min ABŞ dolları təşkil edib.

Bu, 2021-ci ilin yanvar-may aylarının eyni dövrü ilə müqayisədə müvafiq olaraq 17,9 % az və 1,35 % çoxdur.

2022-ci ilin yanvar-may ayları ərzində polietilenin qeyri-neft sektoru üzrə ixracda payı 5,24 % olub. Hesabat dövründə ilkin formalarda polietilenin ölkənin ümumi ixracdakı payı 0,4 % olub.

Ötən 5 ayda xarici ticarət dövriyyəsinin 15 milyard 416,51 milyon ABŞ dolları ixracın, 5 milyard 135,56 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 2,1 dəfə, idxal isə 16,9 % artıb.

Xatırladaq ki, Azərbaycanda polietilen və polipropilen "SOCAR Polymer" zavodunda istehsal edilir. “SOCAR Polymer" layihəsinə illik istehsal gücü 184 min ton olan Polipropilen zavodu və illik istehsalı 120 min ton təşkil edən Yüksəksıxlıqlı Polietilen zavodu daxildir. Polipropilen zavodunun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin ilin oktyabrın 5-dən isə polipropilenin ixracına başlanılıb.

Son xəbərlər

Bütün Xəbər Lenti