Bu il Azərbaycan neft məhsullarının ixracını 2 dəfə azaldıb

Energetika
  • 18 iyul, 2022
  • 06:37
Bu il Azərbaycan neft məhsullarının ixracını 2 dəfə azaldıb

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 302 min 247 ton həcmində neft məhsulları ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə məhsulun dəyəri 182 milyon 024 min ABŞ dolları təşkil edib.

Bu ilin yanvar-iyun ayları ərzində ixrac edilən neft məhsullarının həcmi 2021-ci ilin eyni ayları ilə müqayisədə 2,1 dəfə, dəyəri isə 35,7 % azdır.

Yanvar-iyun ayları ərzində neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 0,99 % olub.

Xatırladaq ki, 6 ayda Azərbaycan xarici ölkələrlə 24,836 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyin dövrü ilə müqayisədə 74,9 % çoxdur.

Ötən 6 ayda xarici ticarət dövriyyəsinin 18,479 milyard ABŞ dolları ixracın, 6,357 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 2,1 dəfə, idxal isə 17,9 % artıb.

Son nəticədə xarici ticarətdə 12,122 milyard ABŞ dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 3,5 dəfə çoxdur.

Son xəbərlər

Bütün Xəbər Lenti