Bu il Azərbaycan neft emalını 133 min tona yaxın artırıb

Bu il Azərbaycan neft emalını 133 min tona yaxın artırıb Bu ilin yanvar-may ayında Azərbaycanda neft emalı 2,7 mln ton təşkil edib
Energetika
25 İyun , 2021 13:21
Bu il Azərbaycan neft emalını 133 min tona yaxın artırıb

Bu ilin yanvar-may ayında Azərbaycanda neft emalı 2,7 milyon ton təşkil edib.

Bu barədə “Report” Energetika Nazirliyinin bu ilin yanvar-may ayları üzrə ölkədə neft-qaz hasilatı ilə bağlı hazırladığı operativ məlumatlarına əsasən xəbər verir.

Məlumata görə, neft emalı ötən ilin müvafiq dövrünə nisbətən 132,8 min ton çox olub.

Xatırladaq ki, SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodu regionun yeganə neftayırma kompleksidir və Azərbaycanın yanacağa olan tələbatının əsas hissəsini təmin edir. Zavodda 15 adda neft məhsulu, o cümlədən avtomobil benzini, təyyarə yanacağı, dizel yanacağı, mazut, neft koksu və s. istehsal olunur.

1953-cü ildə əsası qoyulan SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda hazırda modernizasiya və yenidənqurma layihəsinin 2-ci və 3-cü mərhələləri həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi