Bu il Azərbaycan neft bitumunun ixracından qazancını 41 %-dək artırıb

Energetika
  • 16 iyun, 2022
  • 10:34
Bu il Azərbaycan neft bitumunun ixracından qazancını 41 %-dək artırıb

Bu ilin yanvar-may ayları ərzində Azərbaycan 57 min 877 ton neft bitumu ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinə (DGK) istinadən verdiyi xəbərə görə, bu həcmdə neft bitumunun dəyəri 15 milyon 76,588 min ABŞ dolları təşkil edib.

Bu, 2021-ci il ilin yanvar-may ayları ilə müqayisədə müvafiq olaraq 0,83 % az və 40,7 % çoxdur.

Hesabat dövründə neft bitumu ölkənin ümumi ixracdakı payı 0,1 % olub.

Qeyd edək ki, ötən 5 ayda xarici ticarət dövriyyəsinin 15 milyard 416,51 milyon ABŞ dolları ixracın, 5 milyard 135,56 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 2,1 dəfə, idxal isə 16,9 % artıb.

Xatırladaq ki, SOCAR-ın Heydər Əliyev adına NEZ-i regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.

Son xəbərlər

Bütün Xəbər Lenti