Bu il Azərbaycan karbamid ixracından qazancını 55 %-dən çox artırıb

Energetika
  • 29 dekabr, 2024
  • 11:02
Bu il Azərbaycan karbamid ixracından qazancını 55 %-dən çox artırıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrə 112,8 milyon ABŞ dolları dəyərində karbamid ixrac edib.

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın dekabr sayında bildirilir.

Bu, 2023-cü ilin 11 ayının göstəricisi ilə müqayisədə 40,3 milyon ABŞ dolları və ya 55,6 % çoxdur.

Bu ilin noyabr ayında isə Azərbaycan 14,7 milyon ABŞ dolları dəyərində karbamid ixrac edib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 5,7 milyon ABŞ dolları və ya 63,3 % çoxdur.

Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycanın qeyri-neft-qaz ixracı 2023-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,9 % artaraq 3,1 milyard ABŞ dolları təşkil edib.Yeyinti məhsullarının ixracı 12,3 % artaraq 923 milyon ABŞ dollarına bərabər olub.

44 filmi