Bu il Azərbaycan ixrac və idxal etdiyi elektrik enerjisinin həcmini açıqladı

Bu il Azərbaycan ixrac və idxal etdiyi elektrik enerjisinin həcmini açıqladı ​​​​​​​
Energetika
24 Sentyabr , 2021 13:38
Bu il Azərbaycan ixrac və idxal etdiyi elektrik enerjisinin həcmini açıqladı

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda elektrik enerjisinin ixracı 971,9 milyon kVt/st olmaqla, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 142,2 milyon kVt/st artıb.

“Report” Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu barədə nazirliyin yanvar-avqust ayları üzrə Azərbaycanda elektrik enerjisinə dair operativ məlumatlarında bildirilir.

Məlumata görə, İrana 238,9 milyon kVt/st, Türkiyəyə 164,1 milyon kVt/st, Rusiyaya 63,7 milyon kVt/st, Gürcüstana isə 505,2 milyon kVt/st elektrik enerjisi ixrac edilib.

Bu dövrdə elektrik enerjisinin idxalı 110,6 milyon kVt/st olmaqla, ötən ilin müvafiq dövrünə nisbətən 15,9 milyon kVt/st artıb.

İrandan 22,4 milyon kVt/st, Rusiyadan 63,5 milyon kVt/st, Gürcüstandan isə 24,7 milyon kVt/st elektrik enerjisi idxal edilib.

Son xəbərlər

Orphus sistemi