Bu il Azərbaycan İsrailə neft satışını 44 %-ə yaxın artırıb
- 19 aprel, 2024
- 06:41
Bu ilin yanvar-mart aylarında Azərbaycandan İsrailə 1 milyon 21 min 917,30 ton xam neft ixrac edilib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 621 milyon 083,92 min ABŞ dolları təşkil edib.
Azərbaycandan İsrailə ixrac olunmuş məhsulun miqdarı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 43,7 %, dəyəri isə 39,3 % artıb.
İsrailə ixrac edilən xam neftin Azərbaycanın ümumi neft ixracında payı 18,24 % olub.
Bu ilin yanvar-mart aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 3 milyard 490 milyon 147,94 min ABŞ dolları dəyərində 5 milyon 600 min 505,94 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.
Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 9 milyard 696 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyənin 5 milyard 984 milyon ABŞ dolları ixracın, 3 milyard 712 milyon ABŞ dolları isə idxalın payına düşüb.