Bu il Azərbaycan 46 milyon dollardan çox məbləğdə metanol ixrac edib

Bu il Azərbaycan 46 milyon dollardan çox məbləğdə metanol ixrac edib Hesabat dövründə metanolun qeyri-neft sektoru ixracında payı 2,81% olub.
Energetika
373
29 Dekabr , 2020 09:10
Bu il Azərbaycan 46 milyon dollardan çox məbləğdə metanol ixrac edib

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən 431,8 min ton metanol (metil spirti) ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmdə metanolun dəyəri 46 mln ABŞ dolları təşkil edib.

Hesabat dövründə metanolun qeyri-neft sektoru ixracında payı 2,81% olub.

Qeyd edək ki, metanol istehsalı Bakının Qaradağ rayonunda yerləşən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Metanol Zavodunda həyata keçirilir. Metanol Zavodu 2013-cü ildə istismara verilib. Zavod 2016-cı ildən SOCAR-ın törəmə müəssisəsi olan “SOCAR Methanol” MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.

Son xəbərlər

Orphus sistemi