Bu il Azərbaycan 39 mln dollarlıq neft məhsulları ixrac edib

Bu il Azərbaycan 39 mln dollarlıq neft məhsulları ixrac edib Bu məhsulların Azərbaycanın ümumi ixracında payı 0,88 % olub
Energetika
19 Fevral , 2021 18:08
Bu il Azərbaycan 39 mln dollarlıq neft məhsulları ixrac edib

Bu ilin yanvar ayı ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 39 min 306,22 ton həcmində neft məhsulları ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə məhsulun dəyəri 14 mln 367,49 min ABŞ dolları təşkil edib.

Bu ilin yanvar ayrı ərzində ixrac edilən neft məhsullarının həcmi ötən ilin müvafiq dövründən 33,76 %, dəyəri isə 49 % azdır.

Bu ilin yanvar ayında neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 0,88 % olub.

Son xəbərlər

Orphus sistemi