Bu il Azərbaycan 10 milyon tona yaxın neft ixrac edib
- 14 iyun, 2024
- 06:52
Bu ilin yanvar-may aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 9 milyon 869 min 672,49 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.
Bu barədə “Report” Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir.
Məlumata görə, ötən 5 ay ərzində Azərbaycandan ixrac edilən xam neftin dəyəri 6 milyard 258 milyon 631,31 min ABŞ dolları təşkil edib.
Hesabat dövrü ərzində ixrac edilən xam neftin həcmi 2023-cü ilin yanvar-may ayları ilə müqayisədə 16,02 %, dəyəri isə 13,3 % azdır.
Azərbaycanın ümumi ixracında bitumlu süxurlardan alınmış xam neft və neft məhsullarının payı 56,19 % olub.
Qeyd edək ki, bu ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrlə 18 milyard 439 milyon 272,4 min ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyənin 11 milyard 138 milyon 581 min ABŞ dolları ixracın, 7 milyard 300 milyon 691,4 min ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 30,9 % azalıb, idxal isə 6,75 % artıb.