Bu il Azərbaycan 1,2 milyard kVt/saatdan çox elektrik enerjisi ixrac edib
- 19 noyabr, 2024
- 08:23
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda elektrik enerjisinin ixracı 1 milyard 247,6 milyon kVt/saat təşkil edib.
Bu barədə “Report” Energetika Nazirliyinin 2024-cü ilin yanvar-oktyabr ayları üzrə açıqladığı elektrik enerjisi göstəriciləri ilə bağlı operativ məlumatlarında deyilir.
Məlumata əsasən, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1 milyard 109,5 milyon kVt/saat və ya 47,07 % azdır.
Ötən 10 ay ərzində ölkədə elektrik enerjisinin idxalı 150,8 milyon kVt/saat olub. Bu da 2023-cü ilin ilk 10 ayının göstəricisi ilə müqayisədə 39,3 milyon kVt/saat və ya 20,7 % azdır.
Bu ilin oktyabr ayında Azərbaycanda elektrik enerjisinin ixracı elektrik 507,4 milyon kVt/saat və ya 43,2 dəfə azalaraq 12,02 milyon kVt/saat təşkil edib.
Ötən ay Azərbaycanda ərzində elektrik enerjisinin idxalı 11,4 milyon kVt/saat təşkil edib ki, bu da 2023-cü ilin eyni ayı ilə müqayisədə 0,9 milyon kVt/saat və ya 8,6 % azdır.
Xatırladaq ki, 2023-cü ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda elektrik enerjisinin idxalı 190,1 milyon kVt/saat, ixracı isə 2 milyard 357,1 kVt/saat olub. Ötən ilin oktyabr ayı ərzində isə ölkədə elektrik enerjisinin idxalı 10,5 milyon kVt/saat, ixracı isə 519,4 milyon kVt/saat təşkil edib.