Bu il "ASAN Kommunal" və "ASAN xidmət"də 300 minə yaxın qaz abunəçilərinə xidmət göstərilib

Bu il "ASAN Kommunal" və "ASAN xidmət"də 300 minə yaxın qaz abunəçilərinə xidmət göstərilib Bu ilin 9 ayı ərzində “ASAN Kommunal” və “ASAN xidmət” mərkəzlərində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən vətəndaşlara 294 095 xidmət göstərilib.
Energetika
18 Oktyabr , 2023 16:56
Bu il ASAN Kommunal və ASAN xidmətdə 300 minə yaxın qaz abunəçilərinə xidmət göstərilib

Bu ilin 9 ayı ərzində “ASAN Kommunal” və “ASAN xidmət” mərkəzlərində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən vətəndaşlara 294 095 xidmət göstərilib.

“Report”un “Azəriqaz”a istinadən verdiyi məlumata görə, müştəri məmnuniyyətinin təmin olunması üçün xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində tədbirlər davam etdirilir, qarşıya qoyulmuş prioritetlər həyata keçirilir.

Xidmətlərin göstərilməsində innovativ metodlar vətəndaşlara vaxtlarına və vəsaitlərinə qənaət etməyə imkan verir. “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində “Azəriqaz” İB tərəfindən xidməti pəncərələrdə 20 növ xidmət göstərilir.

Qeyd edək ki, ümumilikdə “Azəriqaz” Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tərkibində Bakı şəhərində fəaliyyət göstərən 3 "ASAN Kommunal" mərkəzlərində, Sumqayıt şəhəri və regionlarda isə 16 "ASAN xidmət" mərkəzlərində (Sumqayıt, Şamaxı, Kürdəmir, Gəncə, Masallı, İmişli, Sabirabad, Salyan, Tovuz, Mingəçevir, Ağcabədi, Bərdə, Quba, Şəki, Balakən və Qəbələ şəhərlərində) vətəndaşlara xidmət göstərir. Əsas məqsəd istehlakçılardan daxil olan müraciətlər əsasında qaz təchizatı ilə bağlı hərtərəfli xidmətin təşkil edilməsi, yeni ideyalar, innovasiyalar tətbiq etməklə vətəndaşlara ən keyfiyyətli xidmətlər təklif etməkdən ibarətdir.

Son xəbərlər

Orphus sistemi